Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Bu ölkədə də Quran yandırıldı

Ultra milliyyətçi “Danimarka vətənpərvərləri” qrupunun üzvləri İraqın Kopenhagendəki səfirliyi önündə keçirdikləri aksiya zamanı Quran kitabını yandırıblar. 

Yenixeber.org:Radikallar aksiyanı İsveçin Bağdad şəhərindəki səfirliyinə bu yaxınlarda edilən hücuma cavab olaraq keçirdiklərini bildiriblər. Polisin gücləndirilmiş mühafizəsi altında baş tutan aksiyada KİV nümayəndələri də iştirak edib. Aksiya qrupun sosial şəbəkələrdəki səhifələri ilə canlı yayımlanıb. 

“Danimarka vətənpərvərləri” ultra milliyyətçi qrupu İslam dini əleyhinə təhqiramiz hərəkətləri ilə tanınır. Bundan öncə radikallar Türkiyənin Kopenhagendəki səfirliyi önündə türk bayrağını və Qurani-Kərimi təhqir etmişdi. 

Xatırladaq ki, Stokholm polisinin İraq səfirliyi qarşısında Quranın yandırılması aksiyasına icazə verməsinə etiraz olaraq iyulun 20-nə keçən gecə yüzlərlə etirazçı İsveçin Bağdaddakı səfirliyinə hücum edərək diplomatik missiyanın binasını yandırmışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam