Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Mask tvitter vasitəsilə süni intellekt öyrədəcək

 

İlon Maskın xAI şirkəti süni intellekt (AI) modellərini öyrətmək üçün tvitter yazılarından istifadə edəcək. 

Yenixeber.org:  Bu barədə İlon Mask tvitter səhifəsində canlı yayım zamanı bildirib. 

O deyib: “Düşünürəm ki, biz də təlim üçün hər kəsin etdiyi kimi, - əlbəttə, şəxsi heç nəyə toxunmadan, - ictimai tvitlərdən istifadə edəcəyik”. Mask digər şirkətlərin süni intellekt modellərini öyrətmək prosesində sosial şəbəkədəki paylaşımlardan “qeyri-qanuni istifadə etdiyini” vurğulasa da, söhbətin hansı şirkətlərdən getdiyini açıqlamayıb. 

Maskın qeyd etdiyi kimi, xAI ən təhlükəsiz yanaşma olan “ən çox maraqlanan və həqiqəti axtaran” süni intellekt yaratmağa çalışacaq. “xAI-ın əsas amalı kainatı dərk etmək məqsədini həyata keçirəcək yaxşı süni intellekt yaratmaqdır”, - deyə sahibkar bildirib. Eyni zamanda o, süni intellekt sahəsinin tənzimlənməsinin tərəfdarı olduğunu vurğulayıb. 

İlon Mask xAI-ın sahibi olduğu elektrikli avtomobil şirkəti “Tesla” ilə sıx əməkdaşlıq edəcəyini də söyləyərək, onların qarşılıqlı fayda gətirəcəyini deyib. O, süni intellekt sahəsindəki inkişafın “Tesla”nın avtopilot sisteminin təkmilləşdirilməsi üçün tətbiq olunacağını istisna etməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam