Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

BMT “Taxıl sazişi”nin müddətinin uzadılacağına ümid edir

“Taxıl sazişi”nin fəaliyyəti ilə bağlı gecikmələr bizi narahat edir. Sazişin tarixinin iyulun 17-dən sonra uzadılması üçün fəaliyyətlərimiz davam edir”.

Yenixeber.org:  Bunu BMT Baş katibinin mətbuat katibinin müavini Fərhan Haq jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, BMT tərəfləri müzakirələri davam etdirməyə, əməliyyat çətinliklərini aradan qaldırmağa çağırıb:

“Narahatçılığımız hələ də davam edir. Biz bunu yerlərdə tərəflərlə birlikdə həll etməyə çalışırıq. Bildiyiniz kimi, İstanbulda fəaliyyət göstərən Birgə Koordinasiya Mərkəzi (JCC) BMT, Rusiya, Ukrayna və Türkiyə rəsmilərini birləşdirib və biz bu kontekstdə çalışırıq. Mərkəzin rəsmi səhifəsi gəmilərin gündəlik fəaliyyətinin təfərrüatlarını təqdim edir, lakin sürət kifayət qədər ürəkaçan deyil”.

Xatırladaq ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan “Taxıl sazişi” Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.

Qeyd edək ki, daha öncə iki dəfə 60 gün müddətində uzadılan müqavilənin müddəti iyul 17-də başa çatacaq. Rusiya tərəfi təşəbbüsünün müddətinin uzatmayacağına dair açıqlamalar verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam