Priqojin Lukaşenko ilə anlaşdı: “Vaqner”çilər öz düşərgələrinə geri dönürlər-YENİLƏNDİ
"Priqojin Lukaşenkonun "Vaqner hərəkatı"nı dayandırmaq və gərginliyi azaltmaq üçün əlavə addımlar atmaq təklifini qəbul edib".
Yenixeber.org: Bu barədə Belarus Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Lukaşenkonun mətbuat xidməti bildirib ki, hazırda situasiyanın həlli üçün məqbul variantın layihəsi hazırlanıb. "Vaqner" döyüşçülərinin təhlükəsizliyinə zəmanət veriləcək.
***
“Vaqner” Xüsusi Hərbi Şirkətin başçısı Yevgeni Priqojin kolonun geriyə, səhra düşərgələrinə yola düşdüklərini açıqlayıb.
Bunu XHŞ-nin rəhbəri özünün teleqram kanalında bildirib.
O qeyd edib ki, bu addımı qan tökülməməsi üçün atır, razılaşdırılmış plana müvafiq olaraq səhra düşərgələrinə qayıdır.
Qeyd olunur ki, Lukaşenko ilə Priqojin arasında danışıqlar gün boyu davam edib.