Trotskinin nəvəsi vəfat etdi
Məşhur inqilabçı Leon Trotskinin nəvəsi Esteban Volkov Bronşteyn vəfat edib.
Yenixeber.org: O ötən gecə 97 yaşında Meksikada dünyanı dəyişib.
Yaltada (digər mənbələrə görə, Moskvada) anadan olan Vsevolod Volkov 13 yaşında Avropadan Meksikaya gəlib.
Volkov Bronşteyn babasını ilk dəfə Türkiyədə mühacirətdə yaşayarkən gördüyünü söyləmişdi.
Trotskiyə qarşı sui-qəsd cəhdlərinin birində 14 yaşlı Vsevolod Volkov ayağından yaralanmışdı. 1990-cı ildə Esteban Volkov Bronşteyn Meksikada babasının evində muzey açıb.("La Jornada")