Redaktor seçimi
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
Günün xəbəri

Rusiya yenidən Kiyevi ələ keçirmək istəyir? -Putindən qəribə açıqlama

Rusiya Prezidenti Vladimir Putin iyunun 13-də Kremldə 18 rusiyalı müharibə müxbiri və blogerin suallarını cavablandırıb. 

Yenixeber.org:  O, Ukraynadakı müharibə, səfərbərlik, hərbi vəziyyət kimi mövzulara toxunub. 

“Müharibə” sözündən bir neçə dəfə istifadə edən Putin Qərbə ciddi xəbərdarlıqlar edib. O, Rusiyaya hücumunun qarşısını almaq üçün hərbçilərin Ukraynada “sanitariya zonası” tətbiq etməli ola biləcəyini vurğulayıb. 

Putinin sözlərinə görə, ABŞ-da bir çoxları Üçüncü Dünya Müharibəsini istəmir, buna baxmayaraq, Vaşinqton eskalasiyadan qorxmur. 

Onun ən müəmmalı açıqlaması Kiyev haqqında olub. "Ora (Kiyevə - red.) qayıtmalıyıq, ya yox? Mən niyə belə ritorik sual verirəm? Buna ancaq mən özüm cavab verə bilərəm", - Putin deyib. Rusiya liderinin Kiyevlə bağlı açıqlaması televiziyalarda təkrarən göstərilib. 

Qeyd edək ki, Rusiya qüvvələri müharibənin əvvəlində Kiyevi tutmağa cəhd etsə də, buna nail ola bilməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam