Redaktor seçimi
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
Günün xəbəri

Ərdoğanın seçilməsi üçün dua edirdik -Rusiya müsəlmanlarının lideri

 Türkiyənin Moskvadakı səfiri Mehmet Samsar Rusiya Federasiyası Müsəlmanlarının Ruhani İdarəsində olub. 

Yenixeber.org:Diplomat Rusiya Müsəlmanlarının Ruhani İdarəsinin və Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdinlə görüşüb. 

M.Samsar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rus dilində nəşr olunan “Daha ədalətli bir dünya mümkündür” kitabını Qaynutdinə hədiyyə edib. 

Qaynutdin Rusiya müsəlmanlarının Ərdoğanın seçkilərdə qalib gəlməsi üçün dua etdiklərini bildirib. 

“Rusiyadadakı bütün müsəlmanlar yox, Rusiyada yaşayan hər kəs onun ardınca getdi. Türkiyədəki seçkiləri çox yaxından izləyirdik. Dualarımızda dostumuz, rus müsəlmanlarının dostu, Rusiyanın dostu və Rusiya Prezidenti Vladimir Putinin dostu Rəcəb Tayyib Ərdoğanın prezident olmasını istəyirdik. Allaha şükür Rəbbimiz dualarımızı eşitdi və qəbul etdi”,- o, deyib 

Qaynutdin Ərdoğan və Putinin 2015-ci ildə Moskva Mərkəzi Məscidinin açılışını etdiklərini xatırladıb: 

"Artıq 8 ildir. Cənab Ərdoğan Rusiyaya tez-tez gəlir. Onun gəlməsini və Rusiya müsəlmanları ilə namaz qılmasını istəyirik. Əgər gəlsə, biz Rusiya müsəlmanları çox məmnun olarıq və buna görə minnətdar olarıq. Onu Rusiyadakı 25 milyon müsəlman adından dəvət edirik və görmək istəyirik". 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam