Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Özdağ dedi ki, nazir postu versələr, Ərdoğanı dəstəkləyərəm -Oğan

Türkiyədə sonuncu prezident seçkilərinin ilk turunda namizəd olmuş Sinan Oğan ittifaq ortağı olan Zəfər Partiyasının sədri Ümit Özdağ barədə danışıb. 

Yenixeber.org:  İlk turda "ATA İttifaqı" çərçivəsində birləşən siyasi qüvvələr Oğanın namizədliyini dəstəkləmiş, ikinci turda isə ittifaq dağılmış və Oğan Rəcəb Tayyib Ərdoğanın namizədliyini dəstəkləmiş, ittifaqın əsas qüvvələri olan Zəfər Partiyası və Ədalət Partiyası isə Kemal Kılıçdaroğlunun namizədliyini müdafiə etmişdi. 

Seçkilərdən sonra həmin dövrdəki sövdələşmələrə toxunan Oğan Özdağın Ərdoğanı dəstəkləməsi üçün nazirlik istəməsini açıqlayıb. 

"Ümit Özdağ sonuncu görüşümzdə dedi ki, "Cümhur İttifaqı" nazir postu verərsə, Ərdoğanı dəstəkləyəcək, bu olmasa, tərəfsiz qalacaq", - o qeyd edib. 

Oğan özünün niyə Özdağ kimi Kılıçdaroğlunu dəstəkləməməsinə də aydınlıq gətirib: "İnsanlar niyə bizə əsəbiləşir? Mən CHP ilə yol getməyə məcburam? Sahədə işləyəydiniz, heç olmasa, parlamentdə çoxluq qazanaydınız. Sonra da deyirsiniz ki, Oğan, bizə dəstək ver. Bu iş alınmaz".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam