Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Seçicim 100 manatlıq dərmanı 300-ə alıb -Fazil Mustafa

Dərman qiymətləri həddindən artıq yüksəkdir. Amma bunun qarşısının alınması üçün heç bir addım atılmır. 

Yenixeber.org: Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa bildirib. 

“Olimpiya komplekslərinə 9,4; Gənclər Evlərinə 4,3 milyon manat büdcədən ayrılır. Bu kimi sahələr büdcədən maliyyələşmək əvəzinə, özəlləşdirilməlidir ki, əhalinin sosial müdafiəsinə vəsaitlər ayrılsın. Bir seçicim 100 manatlıq dərmanı 300 manata aldığını bildirir. Çünki buna məcburdur. Ölkədə dərman vasitələrinin qiymətləri daim artmaqdadır. Banqladeş, Hindistan dərmanları ölkəyə gətirilir. Avropa dərmanları demək olar ki, yoxdur. Bundan başqa Türkiyə istehsalı olan dərmanların ölkəyə gətirilməsinə nail ola bilmədik. Qanunda var ki, dərmanın tərkibi Azərbaycan dilində qeyd olunmalıdır. Amma əhali Türk dilində başa düşür, anlayır. Heç olmasa Türkiyə istehsalı dərmanların ölkəyə gətirilməsini təmin etməliyik”, -deyə deputat vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam