Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

SEPAH-ın sürətli qayıqları geri qovuldu

ABŞ və Britaniya gəmiləri SEPAH-ın sürətli qayıqlarını geri qovublar
Son vaxtlar Kəngər körfəzində və Hörmüz boğazında İranın aqressiv hərəkətləri beynəlxalq ticarətə ciddi təhdidlər yaradır. Bu baxımdan, Tehranın belə siyasətini neytrallaşdırmaq günün ən vacib məsələlərindən birinə çevrilib.
Yenixeber.org: ABŞ Hərbi Dəniz qüvvələrinin 5-ci donanmasının yaydığı məlumata görə, ABŞ və Britaniya donanmaları Hörmüz boğazında SEPAH-ın sürətli qayıqlarının müdaxilə etdiyi ticarət gəmisinin kömək istəyinə cavab verib. Məhz onların müdaxiləsindən sonra SEPAH qayıqları ərazidən çıxıblar. ABŞ Hərbi Dəniz qüvvələrinin 5-ci Donanması məlumat yayıb.
“Hörmüz boğazının beynəlxalq sularında beynəlxalq bayraq altında üzən bu ticarət gəmisinin heyəti bazar günü axşam saat 16:56-da yardım çağırışında bildirib ki, silahlı şəxsi heyətlə birlikdə SEPAH-ın üç sürətli qayığı onlara yaxınlaşaraq, gəmini yaxın məsafədən təqib edirlər. Bölgədə olan ABŞ Hərbi Dəniz qüvvələrinə məxsus “USS McFall” esminesi və Britaniya Kral donanmasının freqatı “HMS Lancaster” ticarət gəmisinin kömək istəyini aldıqdan sonra cavab veriblər”, - bəyanatda deyilir.
Ticarət gəmisinin olduğu yerə İngilis freqatı bir helikopter, “USS McFall” esminesi isə dəniz patrul təyyarəsi göndərib. Amerika və Britaniya qüvvələrinin hərəkətlərindən bir saat sonra ticarət gəmisi zəng vuraraq sürətli qayıqların təqibi dayandırdığını və ərazini tərk etdiklərini bildirib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam