Ərdoğan Moldovaya getməkdən imtina etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 1-də Moldovanın paytaxtı Kişineuda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirak etməyəcək.
Yenixeber.org: Bu barədə “Politico” nəşri məlumat yayıb.
Ərdoğanın sammitdən imtina etməsinin səbəbi açıqlanmayıb. Lakin ehtimal olunur ki, Türkiyə lideri iyunun 3-də keçiriləcək andiçmə mərasimi ilə əlaqədar Moldovaya getməmək qərarına gəlib.
Qeyd edək ki, Avropa Siyasi Birliyinin sammitinə Avropa İttifaqının 27 ölkəsi, Böyük Britaniya, Türkiyə və Qərbi Balkan regionunun 6 ölkəsi daxil olmaqla, 40 Avropa ölkəsinin rəhbərləri dəvət olunub. Azərbaycan və Ermənistan liderləri də toplantıda iştirak edəcəklər.