Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb-FOTOLAR

Su Nəqliyyatında Polis İdarəsinin Neftçala Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən xidməti ərazidə qanunsuz olaraq balıq ovu ilə məşğul olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, polis və Şirvan Milli Parkının əməkdaşları tərəfindən Cənub-1 kollektorunun Salyan rayonu ərazisindən keçən hissəsində aparılan profilaktiki-nəzarət tədbirləri zamanı sintetik tordan istifadə etməklə balıq ovu ilə məşğul olan rayonun Şəkərli kənd sakini Məmməd Abbasov saxlanılıb.

Həmin şəxsdən bir ədəd taxta qayıq, uzunluğu 17 metrdən artıq olan sintetik tor və qanunsuz olaraq ovlanmış 31 ədəd balıq aşkarlanaraq maddi sübut kimi götürülüb.

Araşdırmalar zamanı saxlanılan şəxsin təbiətə 1023 manat miqdarında zərər vurması müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam