Redaktor seçimi
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
Günün xəbəri

Təbiətə 1000 manatdan artıq ziyan vuran şəxs saxlanılıb -FOTOLAR

 
Neftçalada qanunsuz balıq ovu ilə məşğul olaraq təbiətə 1000 manatdan artıq ziyan vuran şəxs saxlanılıb
Su Nəqliyyatında Polis İdarəsinin Neftçala Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən xidməti ərazidə qanunsuz olaraq balıq ovu ilə məşğul olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, polis və Şirvan Milli Parkının əməkdaşları tərəfindən Şirvan kanalının Neftçala rayonu ərazisindən keçən hissəsində aparılan profilaktiki-nəzarət tədbirləri zamanı sintetik tordan istifadə etməklə balıq ovu ilə məşğul olan rayonun Yeniqışlaq kənd sakini Taleh Məmmədov saxlanılıb.
Həmin şəxsdən bir ədəd mühərriklə təchiz edilmiş taxta qayıq, uzunluğu 10 metrdən artıq olan sintetik tor və qanunsuz olaraq ovlanmış 31 ədəd külmə balığı aşkarlanaraq maddi sübut kimi götürülüb. 
Araşdırmalar zamanı saxlanılan şəxsin təbiətə 1023 manat miqdarında zərər vurması müəyyən edilib. 
Faktla bağlı T.Məmmədov barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən respublikanın digər bölgələrində də qanunsuz balıq ovu hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam