Redaktor seçimi
Cavanşir Feyziyevlə Ağalar Vəliyevin pulunu BALTA KƏSMİR: Amma nə olsun... -
Anar Əlizadə Abromoviçin də yaxtasını Türkiyədə gizlədib -
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Günün xəbəri

ABŞ Bakı və İrəvana təkliflər GÖNDƏRİB

ABŞ administrasiyası Azərbaycan və Ermənistan rəhbərliyinə sülh sazişi üzərində iş çərçivəsində bəzi mübahisəli məsələlərin həlli ilə bağlı təkliflərini təqdim edib. 

Yenixeber.org: Bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Derek Hoqan Nümayəndələr Palatasının xarici əlaqələr üzrə komitəsinin dinləmələrində bildirib. 

Onun sözlərinə görə, iki ölkə arasında danışıqlar prosesində “irəliləyiş var”. 

“Mayın əvvəlində dövlət katibi iki ölkənin xarici işlər nazirlərini bir sıra ən mübahisəli məsələlərin, məsələn, sərhəd bölgəsindəki qoşunların çıxarılması, müqavilədəki mübahisələrin həlli mexanizmi üzərində işləmək üçün qəbul edib”, - o diqqətə çatdırıb. 

Mayın 1-də Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar aparılıb. Hoqanın sözlərinə görə, bu görüşdə “iki tərəf arasında sıx diplomatik qarşılıqlı əlaqə” olub. 

O qeyd edib ki, ötən həftə “hansı sahələrdə irəli gedə biləcəyimizi” anlamaq üçün Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə danışıb. 

İyunun 1-də Moldovanın paytaxtı Kişineuda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsun iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında baş tutması gözlənilən görüşdən danışarkən Hoqan qeyd edib ki, “işləri sona çatdırmaq üçün nə edilməli olduğuna diqqət yetiriləcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam