Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Azərbaycandakı Türkiyə vətəndaşları üçün ikinci tur prezident seçkiləri keçirilir -FOTOLAR

 

Azərbaycandakı Türkiyə vətəndaşlarının ikinci tur prezident seçkiləri üzrə səsverməsi başlayıb.

Yenixeber.org: Səsvermə səhər saat 08:00-da başlayıb və 22:00-da başa çatacaq. Türkiyə vətəndaşları öz seçimini etmək üçün səfirliyə gəlib.

Səfirliyin məlumatına əsasən, Türkiyədən kənarda daimi və ya müvəqqəti yaşayan, səsvermə hüququna malik vətəndaşların Azərbaycanda səs verə bilməsi üçün hazırlıqlar başa çatıb.

Qeyd edək ki, Türkiyədəki prezident seçkilərinin ikinci turu üçün Azərbaycanda səsvermə 20-22 may tarixlərində keçiriləcək. Səsvermə prosesi Bakıdakı səfirliklə yanaşı, Gəncə və Naxçıvandakı Baş konsulluqların binalarında baş tutacaq. Seçkilərinin ikinci turu üçün səfirlikdə səsvermə prosesinin başlayacağı 20 may tarixində 4, mayın 21-də 4, mayın 22-də isə 1 qutu qoyulacaq.

Xatırladaq ki, ilk tur prezident və parlament seçkiləri üçün Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının səverməsi 5-7 may tarixlərində baş tutub. Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam