Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Sahibə Qafarova Ukrayna Ali Radasının sədr müavini ilə görüşüb-FOTO

Milli Məclisin sədri Sahibə Qafarova Ukrayna Ali Radasının sədr müavini Olena Kondratiukla görüşüb.

Yenixeber.org:  Qonağı Azərbaycan parlamentində salamlamaqdan məmnunluğunu bildirən spiker Sahibə Qafarova, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Milli Məclisin xüsusi iclasında iştirak etdiyinə görə ona təşəkkürünü ifadə edib.

Görüşdə qeyd olunub ki, ölkələrimiz və xalqlarımız arasında münasibətlərin tarixi çox böyükdür. Xalqlarımız uzun illər dostluq şəraitində yaşayıb və bu gün də bu münasibətlər davam edir. Azərbaycan dost ölkələrlə, o cümlədən Ukrayna ilə əlaqələrin inkişafına həmişə böyük diqqət yetirib və hazırda ölkələrimiz arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir.

Görüşdə ölkələrimizin qanunverici orqanları arasında da münasibətlərin yüksək səviyyədə olduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, Azərbaycan və Ukrayna həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edir. Azərbaycanla Ukrayna arasında parlamentlərarası dostluq qrupları fəaliyyət göstərir. Xatırladılıb ki, bu ilin fevralında Ukrayna Radasında dostluq qrupunun üzvləri Azərbaycanda səfərdə olublar. Apreldə Azərbaycan parlamentində dostluq qrupunun 4 üzvü Ukraynada səfərdə olub.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam