Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

İranla bağlı məxfi toplantı keçiriləcək -Ağ Evdə

Co Bayden administrasiyasının yüksək vəzifəli şəxsləri mayın 16-da qapalı görüş çərçivəsində Ağ evin İranla bağlı məxfi məlumatlarını ilk dəfə olaraq senatorlara çatdıracaqlar. Amerikanın “Politico” saytı belə məlumat yayıb.
Yenixeber.org: Bildirir ki, dünya mediasında kifayət qədər məşhur olan sayt hətta bu missiyanı yerinə yetirəcək məmurların adlarını da açıqlayıb.
“ABŞ dövlət katibinin müavini Vendi Şerman, müdafiə nazirinin müavini Kolin Kall, Milli kəşfiyyat direktorunun müavini Morqan Moyer, maliyyə nazirinin terrorizm və maliyyə kəşfiyyatı üzrə müavini Brayan Nelson və Silahlı qüvvələrin Baş qərargah rəisinin müavini Stiven Köler qapalı keçirilən bu görüşdə hökumətin İranla bağlı siyasəti və planlarını senatorların diqqətinə çatdıracaqlar” – “Politico” yazır.
Bir neçə ay əvvəl İranla müttəfiq qüvvələrin Suriyanın şərqində Amerika bazasına pilotsuz təyyarə ilə hücumu nəticəsində bir amerikalı podratçının ölümü və digərinin yaralanmasından sonra, Co Baydenin prezidentliyi dövründə “İrandan gələn təhlükələrin artmasından” narazı olan Senatdakı respublikaçı azlığın lideri, senator Mitç Makkonnell Co belə görüşü keçirmək istəsə də, bu indiyədək təxirə salınmışdı.
Respublikaçılar həmçinin Bayden administrasiyasının Bağdad hökumətinə İrandan enerji idxalına daha altı ay icazə vermək üçün aprelin əvvəlində İraqın sanksiyalardan azad edilməsi müddətini uzatmasından da narazı idilər.
İranın “ABŞ və onun regiondakı müttəfiqlərinə, xüsusən də “İsrailə qarşı təhdidləri” və “İranın terrora dəstəyi” mövzusu ilə yanaşı, Ağ Evin çərşənbə axşamı keçirilən məxfi görüşündə JCPOA-nın (İranın nüvə proqramı ilə bağlı 5+1 formatı) canlandırılması üzrə danışıqların vəziyyəti ilə bağlı son məlumatlar da təqdim ediləcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam