Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Çavuşoğlu:"Cənab Kılıcdaroğlu, biz Azərbaycana deyil, Ermənistana dəstək verməli idik?!”

 “Biz Qarabağın işğaldan azad edilməsində Azərbaycana hər cür dəstək verdik. Kılıcdaroğlu isə deyir ki, biz sırf Azərbaycana dəstək vermişik. İndi soruşuram: “Biz Azərbaycana deyil, Ermənistana dəstək verməli idik?”.

Yenixeber.org: Bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Alanyada seçicilərlə görüşdə bildirib.

O, Türkiyənin türk dünyasını birləşdirən bir ölkə olduğunu xatırladaraq müxalifətin prezidentliyə namizədi Kamal Kılıcdaroğlunun Azərbaycanı Çin-Avropa yol xəritəsindən kənar tutmasına işarə edərək deyib: “Azərbaycan Prezidenti cənab İlham Əliyev deyir: “Siz bizi niyə kənarlaşdırırsınız?!” Kılıcdaroğlundan soruşur: “Siz Azərbaycandan nə istəyirsiniz?!”.

Mövlud Çavuşoğlu 44 günlük müharibə zamanı ölkəsinin tutduğu mövqedən bəhs edərək bunları söyləyib: “Biz Qarabağın işğaldan azad edilməsində Azərbaycana hər cür dəstək verdik. Kılıcdaroğlu isə deyir ki, biz sırf Azərbaycana dəstək vermişik. İndi soruşuram: “Biz Azərbaycana deyil, Ermənistana dəstək verməli idik?! Azərbaycan öz torpaqlarını müdafiə etmək üçün döyüşdü, yəni Ermənistanın torpaqlarına hücum etməyib”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam