Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

“Heydər Əliyevdən əsl strateji təfəkkürü öyrənmişəm” -Lukaşenko

“Heydər Əliyevdən siyasi müdrikliyi, təmkinli olmağı, əsl strateji təfəkkürü öyrənmişəm”.
Yenixeber.org: Bu fikirlər Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təbrikində əksini tapıb.
“Onun 25 il əvvəl dediyi sözləri yaxşı xatırlayıram: “Azərbaycan mənim ürəyimdir, nəfəsimdir, həyatımdır”. Əminəm ki, həyatının mənası Vətənə xidmət olan belə bir vətənpərvər insan həmişə xatırlanacaq. Unikal şəxsiyyət, böyük siyasətçi və müasir Azərbaycan dövlətinin qurucusu möhtərəm Heydər Əliyevi şəxsən tanımaq imkanım olub. Ondan siyasi müdrikliyi, təmkinli olmağı, əsl strateji təfəkkürü öyrənmişəm”, - Belarus lideri bildirib.
A.Lukaşenko vurğulayıb ki, Belarus rəsmi Minsk ilə Bakı arasında bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın formalaşmasının öncüllərindən olan Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edir.
O, Azərbaycanla Belarus arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün məhz Azərbaycanda Heydər Əliyev ili elan edilən 2023-cü ildə qeyd olunmasının rəmzi məna kəsb etdiyini vurğulayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam