Qadın dini ayin icraçılarının sayı artırılacaq
Qadın dini ayin icraçılarının sayı artırılacaq.
Yenixeber.org: Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
"Dini mərasimlərdə fəaliyyət göstərən qadınlar mütləq dini təhsilli olmalıdır. Biz elan vermişik. 15 məscidə qadın dini ayinlərinin icraçısı təyin edilib. Onların sayı məscidlərdə artırılacaq. Qadın dini ayin icraçısı imam funksiyasını həyata keçirmir. Sosial şəbəkələrdə bəzən bunu yanlış təqdim edirlər", - deyə komitə sədri vurğulayıb.