Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Jan-Kristof Belliard Bakıda səfərdədir

    

Jan-Kristof Belliard Bakıda səfərdədir
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı oktyabrın 29-da ölkəmizdə səfərdə olan Avropa İttifaqının (Aİ) Xarici siyasət üzrə ali nümayəndəsinin müavini Jan-Kristof Belliardın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Yenixeber.org: Komitədən  verilən xəbərə görə, Azərbaycanın Avropa İttifaqının xüsusi önəm verdiyi tərəfdaş ölkələrdən biri olduğunu bildirən Dövlət Komitəsinin sədri ikitərəfli münasibətlərin əhəmiyyətinə toxunub. Azərbaycan Respublikasının Prezidentİlham Əliyevin 2018-ci il iyulun 11-də Brüsselə səfəri zamanı imzalanan “Tərəfdaşlıq prioritetləri” sənədinin qarşılıqlı əlaqələrin inkişafında böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. Mübariz Qurbanlı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Aİ-nin Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini və bunun ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.

Görüş zamanı rəhbərlik etdiyi qurumun fəaliyyəti, Azərbaycandakı nümunəvi dövlət-din münasibətləri, dinə dövlət qayğısı, dinlərarası harmoniya barədə məlumat verən Mübariz Qurbanlı bildirib ki, dini və etnik müxtəliflik ölkəmizin ən böyük zənginliyidir. O, ölkəmizdə rəsmi olaraq 31-i qeyri-islam təmayüllü olmaqla 861 dini qurumun qeydiyyatdan keçdiyini, formalaşmış dini tolerantlıq mühitinin qorunub saxlanılması və daha da möhkəmləndirilməsi üçün görülən işlər sayəsində respublikamızda 14 kilsə, 7 sinaqoqun fəaliyyət göstərdiyini bildirib. Ölkəmizin milli-mənəvi dəyərlərimizin qorunması, tolerant və multikultural dəyərlərin təşviqi baxımından nümunəvi modelə malik olduğunu deyən Dövlət Komitəsinin sədri Azərbaycanda mütəmadi olaraq dini ibadətgahların inşa və bərpa edildiyini, müsəlman və qeyri-müsəlman dini icmalara maliyyə yardımları ayrıldığını deyib.

Azərbaycanın hazırda dinlər və mədəniyyətlərarası dialoqun aparıcı qüvvəsinə çevrildiyini diqqətə çatdıran M.Qurbanlı VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində multikulturalizmlə bağlı işçi sessiya keçirildiyini xatırladıb. Avropa İttifaqı və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə layihəsi çərçivəsində 2017-2018-ci illərdə Brüsseldə baş tutan görüşlərin önəmindən danışan Mübariz Qurbanlı bunun fəaliyyət göstərən dini icmalar və mövcud dini durumla bağlı daha obyektiv fikirlərin formalaşmasına mühüm təsir göstərdiyini söyləyib.

Respublikamıza səfər etməsindən məmnunluğunu ifadə edən Aİ-nin Xarici siyasət üzrə ali nümayəndəsinin müavini Jan-Kristof Belliard ölkəmizdəki tolerantlıq mühiti barədə ilk təəssüratının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Brüsselə səfəri zamanı yarandığını bildirib. Azərbaycandakı dini rəngarənglik, multikultural və həmrəylik mühitinə, vəhdət namazlarına heyranlığını dilə gətirən qonaq Azərbaycan dövlətinin tarixən gələn tolerant dəyərlərin qorunması, təşviqi istiqamətində həyata keçirdiyi siyasəti təqdir etdiyini qeyd edib. Əməkdaşlığın önəminə toxunan J.Belliard bu ilin dekabr ayında Bakıda keçirilməsi planlaşdırılan “Dinlərarası tolerantlıq və radikalizmlə mübarizə” adlı konfransın Azərbaycanın bu sahədə əldə etdiyi təcrübənin bölüşməsi baxımından əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsinin aparıldığı görüşün sonunda nümayəndə heyətinin üzvlərinə Dövlət Komitəsinin ingilis dilində nəşr etdirdiyi, ölkəmizdəki dini tolerantlıq mühitindən və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmindən bəhs edən kitablar təqdim edilib. Qeyd edək ki, görüşdə Aİ-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas da iştirak edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam