Yenixeber.org: Bunu Almaniya kansleri Olaf Şolts Strasburqda Avropa Parlamentinin sədri Roberta Metsola ilə birgə mətbuat konfransında deyib. O bildirib ki, növbəti paket sonuncu olmayacaq.
"Biz artıq sanksiya tədbirlərinin daha da sərtləşdirilməsini müzakirə etmək yolundayıq və növbəti paket sonuncu olmayacaq. Bu, davam edən işdir", - Şolts deyib.
Qeyd edək ki, mayın 8-də Avropa Komissiyası Rusiyaya qarşı 11-ci sanksiyalar paketinin hazırlanmasının başa çatdırıldığını və təsdiq üçün üzv ölkələrə təqdim edildiyini açıqlayıb.
Şolts:"Rusiyaya qarşı yeni sanksiyalar sonuncu olmayacaq"

"Avropa İttifaqı Rusiya Federasiyasına qarşı sanksiyalar paketinin sərtləşdirilməsi üzərində işləyir".