Redaktor seçimi
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Günün xəbəri

ASAPES-də Heydər Əliyevə həsr edilmiş tədbir keçirilib-VİDEO

 
Elmi İnnovasiyalar Mərkəzinin təşəbbüsü, İdman işləri üzrə prorektor, Olimpiya çempionu Fərid Mansurovun dəstəyi ilə Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Ulu Öndər idmançıların xatirəsində” adlı tədbir keçirilib.
Yenixeber.org: Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb, daha sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tələbə-gənclərlə iş, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Almaz Ələkbərova, Tədris işləri üzrə prorektor Rafail Novruzov, Elmi katib, Elmi İnnovasiyalar Mərkəzinin direktoru Bəxtiyar Rüstəmov, professor-müəllim heyəti və Heydər Əliyev irsini araşdıran tələbələrin iştirak etdiyi tədbirdə İdman işləri üzrə prorektor Fərid Mansurov, tədbirin fəxri qonaqları Olimpiya çempionları Namiq Abdullayev, Lyudmila Şubina, Zemfira Meftahəddinova, Əməkdar məşqçi Yaqub Məmmədov, dünya və Avropa çempionu Xəzər İsayev Ulu Öndərlə bağlı xatirələrini bölüşərək Heydər Əliyevin Azərbaycan idmanına və idmançılara olan qayğısından söz açıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam