Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Erməni deputatlar Ankara səfərindən İMTİNA ETDİLƏR

Ermənistan parlamentində müxalifəti təmsil edən deputatlar hakimiyyətdən olan həmkarları ilə Ankarada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasına getməkdən imtina edib. 

Yenixeber.org: Bu barədə "Sputnik Armenia" yazıb. 

"Bu, mürəkkəb təşkilatdır və İrəvanın həll etməli olduğu çoxlu məsələlər var. Ölkəmizin mövqeyini təbliğ etməyə kömək edin", - iqtidar partiyasından olan deputat Babken Tunyan parlamentin iclasında müxalifətə çağırış edib. 

Belə cavabın verilməsinə səbəb “Hayastan” fraksiyasının nümayəndəsi Geğam Manukyanın vitse-spiker, Ankara ilə danışıqlarda xüsusi nümayəndə Ruben Rubinyanın Vaşinqtonda keçirilən Ermənistan-Azərbaycan görüşündə iştirakının səbəbləri ilə bağlı açıqlaması olub. 

"Ermənistan-Türkiyə münasibətləri Ermənistan-Azərbaycan münasibətləri ilə bağlıdır?", - deyə Manukyan bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam