Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Blinken sülh üçün İrəvana təzyiq göstərməlidir –ABŞ institutu

ABŞ dövlət katibi Entoni Blinken Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün İrəvana təzyiq etməlidir. 

Yenixeber.org:ABŞ-ın Hudson İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Maykl Doran "The Wall Street Journal" (WSJ) qəzetində dərc olunan məqaləsində belə bir fikir söyləyib. 

“Dövlət katibi Entoni Blinken bu həftə Vaşinqtonda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovu iki ölkə arasında sülh müqaviləsi bağlamaq üçün son cəhddə qəbul edib. Bu, Vaşinqtonun vasitəçilik rolunun əhəmiyyətli dərəcədə genişlənməsidir ki, bu da təqdirəlayiqdir. Bundan əvvəl, keçən ilin noyabrında Blinken Bayramov və Mirzoyanı qəbul etsə də, bu dəfə o, qonaqları salamlamaqla yanaşı, həm də onları bir-biri ilə birbaşa ünsiyyət qurmağa təşviq edib”, - məqalədə deyilir.

 Müəllif, həmçinin qeyd edib ki, Fransa prezidenti Emmanuel Makron Cənubi Qafqazda "diplomatiyaya böyük diqqət yetirir", onun səyləri birmənalı olaraq Azərbaycana deyil, Ermənistana faydalıdır.

 “Ermənistan Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanımayana qədər problem həll olunmayacaq. Amma Ermənistanın baş naziri Nikol Paşinyan belə bir addıma hazır görünmür. İrəvan özünə gəlsə, ABŞ və müttəfiqləri Qarabağda ermənilərin rifahını təmin etmək üçün onunla və Bakı ilə əməkdaşlıq edə bilər. Təəssüf ki, Blinken üçün senator Bob Menendez və nümayəndə Adam Şiff kimi Amerika erməni icmasının bir çox nüfuzlu dostları İrəvana bu istiqamətdə təzyiq göstərməkdən imtina edirlər”, - nəşrdə vurğulanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam