Redaktor seçimi
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Günün xəbəri

ASAPES-də Milli Müdafiə Universitetinin əməkdaşları ilə görüş keçirilib -FOTOLAR

ASAPES-də Milli Müdafiə Universitetinin əməkdaşları ilə görüş keçirilib
Yenixeber.org: Aprelin 27-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədər Milli Müdafiə Universiteti ilə birgə hərbi vətənpərvərlik mövzusunda seminar keçirilib.
ASAPES-in Tədrisin təşkili üzrə prorektoru Rafail Novruzov, “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq” fakültəsinin dekanı Qəmbər Cəfərov, fakültənin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə, Milli Müdafiə Universitetinin Fiziki hazırlıq və idman söbəsinin rəisi polkovnik Zal Nəbiyev, Universitetin müəllimi polkovnik-leytenant İlyas Ağayev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin ölkənin hərbi potelsialının gücləndirilməsi, yeniyetmə və gənclərə vətənpərvərlik hisslərinin aşılanması istiqamətində gördüyü işlərdən danışıblar.
Natiqlər qeyd ediblər ki, məhz bu işlərin nəticəsi olaraq Azərbaycanın vətənpərvər gənc nəsli 44 günlük şanlı Vətən Müharibəsində inanılmaz şücaət göstərərək torpaqlarımızı düşmən işğalından azad ediblər.
Akademiyanın “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi” fakültəsinin müəllimi Ceyhun Məmmədyarov öz çıxışında bu cür tədbirlərin əhəmiyyətindən danışaraq Milli Müdafiə Universitetinin əməkdaşlarına təşəkkürünü bildirib və gənc nəslin vətənpərvər ruhda böyüməsi üçün belə seminarların mütəmadi keçirilməsinin vacibliyini vurğulayıb.
  

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam