Redaktor seçimi
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Günün xəbəri

Şirvanda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan iki nəfər saxlanılıb-FOTOLAR

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakinləri Murad Musayev və Şəmsi Məmmədli saxlanılıblar.

Onların üzərinə keçirilən baxış zamanı müxtəlif çəkilərdə marixuana aşkar edilərək götürülüb. Bundan əlavə, həmin şəxslərin ətrafında aparılan əməliyyat tədbirləri zamanı onların şəhər ərazisində yerləşən meşəlik ərazidə narkotik tərkibli bitkilər yetişdirdikləri müəyyən edilib. Qeyd edilən əraziyə keçirilən baxış zamanı oradan xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 36 ədəd çətənə kolu aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam