Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

DİN-dən əməliyyat -4 ton narkotik məhv edildi

DİN-dən əməliyyat - 4 ton narkotik məhv edildi
Daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində tədbirləri qətiyyətlə davam etdirir.
Yenixeber.org: Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu istiqamətdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 4,5 kiloqramadək müxtəlif növ narkotik vasitə və xeyli sayda çətənə kolları polis əməkdaşları tərəfindən aşkarlanaraq götürülüb. Həmçinin yabanı halda bitmiş, çəkisi 4 tona yaxın olan 6 minədək çətənə kolu məhv edilib.

Belə ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yasamal rayonu ərazisində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Həsən Həsənovdan 3 qrama yaxın heroin aşkar edilib. Davam etdirilən tədbirlərlə polis əməkdaşları tərəfindən onun Sabunçu rayonununNardaran qəsəbəsindəki evinə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 510 qram heroin götürülüb.

Araşdırmalarla onun Cinayət Məcəlləsinin 206-cı (Qaçaqmalçılıq) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə axtarışda olması da müəyyən edilib.

Baş Narkotiklərlə Mübarizə İdarəsi və Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Əsgərbəyli kənd sakini Mehman Süleymanovun həyətindəki yarımtikilidən kultivasiya yolu ilə yetişdirilmiş 7 çətənə kolu, 2,7 kiloqram marixuana, habelə müvafiq sənədləri olmayan “İJ-16” markalı tüfəng aşkarlanaraq götürülüb.

Baş Narkotiklərlə Mübarizə İdarəsi və Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində Əhmədbəyli kənd sakini Vəfadar Namazovun həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 20 çətənə kolu götürülüb.

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları Türkan qəsəbə sakini Ağəli Nadirovun həyətyanı sahəsindəki istixanadan kultivasiya yolu ilə yetişdirilmiş 51 çətənə kolu,Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları Yolqulular kənd sakini, əvvəllər məhkum olunmuş Elçin Rəcəbovun həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 14 çətənə kolu, evindən isə 25 qrama yaxın marixuana götürüblər.

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları Nic qəsəbəsi ərazisindən yabanı halda bitmiş, çəkisi 4 tona yaxın olan 6 min çətənə kolunu yandıraraq məhv ediblər. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam