Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Ziyafət Əsgərovdan Vahid Əhmədovun Türkiyə haqqında fikrilərinə KƏSKİN İRAD

“Vahid müəllim müsahibəsində deyir ki, Azərbaycanda hamının gözü var, İranın gözü var, Fransanın gözü var, Rusiyanın gözü var, Türkiyənin gözü var”.

Yenixeber.org: Bunu Milli Məclisin bugünkü iclasında deputat Ziyafət Əsgərov deyib.

“Yaxşı, İranı başa düşdüm, Rusiyanı da başa düşdüm, Fransanı ruslar demiş “tem bolee” başa düşdüm, Türkiyənin burada nə gözü var? Bu həmin Türkiyədir ki, müharibə vaxtı “F-16”-larını saxladı burada, halbuki təlimə gəlmişdilər. Onlar burada, aeroportda gözlədilər, digər dövlətlərə mesaj verildi ki, hünəriniz var, Azərbaycana hücum edin, “F-16”-ları göydə görəcəksiniz.

Bu, qardaşdır e! Qardaş, dost, müttəfiq haqqında belə söz demək olarmı, Vahid müəllim? Vallah yaramaz! Siz dəfələrlə deyirsiniz ki, “Mən dövlət adamıyam”, dövlət adamı dövlətin yanında olmalıdır, Mehman Hüseynovun, AXCP-nin, Müsavatın, İranın, Rusiyanın yox”, - deyə Ziyafət Əsgərov deputat Vahid Əhmədov barəsində danışarkən bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam