Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Ermənistan Rusiyanın cinayətlərinə şərik olur - Avropadan SƏRT İTTİHAM

 

Qərb və Ukrayna mətbuatı Ermənistanın Rusiyaya iqtisadi sanksiyalardan yan keçməsində kömək göstərməsinə diqqət yetirir. Burada söhbət təkcə istehlak mallarından deyil, həm də Rusiya hərbi sənayesi üçün texniki vasitələrdən gedir. 

Yenixeber.org: Bu barədə Latviyanın nüfuzlu "Delfi" agentliyində dərc edilən məqalədə bildirib. 

Nəşr qeyd edib ki, Ermənistan bəzən texniki vasitələri istehlak məhsulu kimi təqdim edir. Məsələn, "Bloomberg" agentliyinin məlumatına görə, Ermənistan 2022-ci ilin səkkiz ayı ərzində əvvəlki iki ilin cəmindən daha çox paltaryuyan maşın idxal edib. 

Məqalədə bildirilib ki, 2022-ci ildə Ermənistanın Rusiyaya ixracı 3 dəfə, Avropa İttifaqı ölkələrindən idxalı isə 2021-ci illə müqayisədə təxminən iki dəfə artıb. Amerika maliyyə institutları Rusiyanın "Milandr" adlı çip istehsalı ilə məşğul olan şirkətinə diqqət yetirir. Bu şirkət Ermənistanda "Milurdur" adlı törəmə şirkət yaradıb, o da öz növbəsində İsveçrədə daha bir törəmə şirkəti qeydiyyatdan keçirib.  

Müəllif yazır ki, Ermənistan sanksiyaya məruz qalan iki ölkəyə, Rusiya və İrana kömək edir. Məqalədə, həmçinin İran dronlarının Rusiyaya Ermənistan vasitəsilə tədarük edildiyi qeyd olunub. 

"Rusiya bu dronlardan Ukrayna vətəndaşlarını, qadınları və uşaqları öldürmək üçün istifadə edir. Baş nazir Paşinyanın rəhbərliyi ilə guya Qərbə yaxınlaşan Ermənistan faktiki olaraq terrorçu ölkə Rusiyaya sanksiyalardan yan keçməyə kömək edir və bununla da Rusiyanın cinayətlərinə şərik olur. 

Ermənistanın qanun pozuntularının siyahısını hələ uzun müddət davam etdirmək olar. Ukrayna Prezidenti ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak vurğulayır ki, uzunmüddətli perspektivdə Rusiya Federasiyası ilə əməkdaşlıq son dərəcə səmərəsizdir. Başlanğıcda bu əməkdaşlıq müəyyən qədər əlavə gəlir gətirsə də, gələcəkdə həm iqtisadi, həm də reputasiya baxımından böyük birbaşa itkilər gətirəcək. Podolyak belə ölkələrə, o cümlədən Ermənistana neytral statusa ciddi riayət etməyi təklif edir. Bazarı Rusiyanınkından qat-qat böyük olan sivil dövlətlərin qeyri-rəsmi koalisiyasına qoşulub, sanksiyalar siyasətinə sadiq qalmaq daha yaxşı olar", - müəllif vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam