Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

 Prezident qırıcı təyyarədə uçdu

Hindistan prezidenti qırıcıda uçdu
Hindistan prezidenti Draupadi Murmu ölkəsində Rusiya lisenziyası ilə istehsal edilən Su-30MKİ qırıcı təyyarəsində yarım saatlıq uçuş həyata keçirib.
Yenixeber.org: Bu barədə dövlət başçısının administrasiyası tərəfindən dərc olunan press-relizdə deyilir.
Məlumata görə, Su-30MKİ qırıcısı Hindistan Hərbi Hava Qüvvələrinin Assam ştatındakı Tezpur bazasından havaya qalxıb. Kapitan Navin Kumarın idarə etdiyi təyyarə dəniz səviyyəsindən iki kilometr hündürlükdə saatda 800 kilometr sürətlə uçub. Draupadi Murmu Hindistanın bu tip qırıcı təyyarədə uçan ikinci qadın prezidentidir. Bundan öncə 2009-cu ildə prezident Pratibha Patil də analoji uçuşu ilə yadda qalmışdı.
Qeyd edək ki, Hindustan Aeronautics Limited korporasiyası Rusiyanın lisenziyası əsasında çoxməqsədli Su-30MKİ qırıcılarının istehsalı ilə məşğul olur. Hazırda ölkənin silahlı qüvvələri bu tip 270 təyyarəyə sahibdir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam