Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Taxıl yüklü daha üç gəmi Odessadan yola düşüb -AÇIQLAMA

Taxıl yüklü daha üç gəmi Odessadan yola düşüb
Ukraynanın ərzaq məhsulları yüklənmiş daha üç gəmisi “Taxıl dəhlizi” vasitəsilə Odessa limanlarını tərk edib.
Yenixeber.org: Bu barədə Ukraynanın İnfrastruktur Nazirliyi məlumat yayıb. Məlumata görə, gəmilərin göyərtəsində ümumilikdə 54,6 min ton kənd təsərrüfatı məhsulu var və onlar Banqladeşə yola salınıb. Hazırda Odessa limanlarında 19 gəmi yüklənmə mərhələsindədir. Onlara 680 min ton Ukrayna kənd təsərrüfatı məhsulu yüklənəcək.
İndiyədək “Taxıl dəhlizi” vasitəsilə Ukraynanın 25,9 milyon ton kənd təsərrüfatı məhsulu ixrac edilib. Avqustun əvvəlindən Asiya, Avropa və Afrika ölkələri üçün ümumilikdə 848 gəmi ilə kənd təsərrüfatı məhsulları daşınıb.
Xatırladaq ki, ötən il iyulun 22-də Ukrayna, Rusiya, Türkiyə və BMT Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracının həyata keçirilməsi ilə bağlı dördtərəfli saziş imzalayıb. Taxıl daşıyan ilk gəmi avqustun 5-də Odessa limanından yola çıxıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam