Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Culfanın Yaycı kəndini içməli su ilə təmin edəcək su şəbəkəsi istifadəyə verilib

 

Culfanın Yaycı kəndini içməli su ilə təmin edəcək su şəbəkəsi istifadəyə verilib.

Yenixeber.org: Martın 18-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Culfa rayonunun Yaycı kəndini içməli su ilə təmin edəcək su şəbəkəsinin açılış mərasimində iştirak edib.

Əvvəlcə səlahiyyətli nümayəndə kənd sakinləri ilə görüşüb, onların problemləri ilə maraqlanıb, Novruz bayramı münasibətilə təbriklərini çatdırıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə muxtar respublikada görülən işlər haqqında məlumat verib.

Kənd ziyalısı, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti, Ali Məclisin deputatı Fərəc Fərəcov sakinlər adından kəndin içməli su təminatının yaxşılaşdırılması ilə bağlı görülən işlərə görə ölkə Prezidentinə minnətdarlıq edib.

Sonra məlumat verilib ki, Gilançay yatağında diametri 300 millimetrlik borularla 13 baxış quyusu olan 590 metrlik kaptaj və ətrafında selyönəldici bənd tikilib. Kaptajdan su anbarlarına qədər plastik borularla 12,4 kilometr xətt çəkilib. Su natrium hipoxloridlə dezinfeksiya olunaraq hər birinin tutumu 1000 kubmetr olan 2 su anbarına yığıldıqdan sonra öz axını ilə şəbəkəyə verilir. Layihəyə əsasən kənddə müxtəlif diametrli borularla, ümumilikdə 107,6 kilometr su xətti çəkilib və 1485 evə su verilərək sayğac quraşdırılıb. Su şəbəkəsi üzərində 6 yanğın hidrantı, qəza hallarında isə məhəllə xətlərinin bağlanması üçün 5 suboşaldıcı və 86 siyirtmə qoyulub. Relyefdən asılı olaraq mənzillərə 2-5 bar arasında təzyiqlə su verilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam