Si Cinpin Moskvaya səfər edəcək
Çin Sədri Si Cinpin gələn həftə Rusiyanın paytaxtı Moskvaya səfər etməyi planlaşdırır.
Yenixeber.org: Bu barədə məlumatı öz mənbələrinə istinadən “Reuters” agentliyi yayıb.
Məlumata görə, Cinpin səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. Səfərlə bağlı detallar açıqlanmayıb.
Xatırladaq ki, S.Cinpin ötən həftə yenidən Çin Sədri seçilib.