Redaktor seçimi
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Günün xəbəri

"Qarabağ"ın qapıçısı üç oyunluq şərti cəza alıb

 

AFFA İntizam Komitəsi "Qarabağ"ın qapıçısı Luka Quqeşaşvilini üç oyunluq şərti cəzalandırıb.

Yenixeber.org: Buna 24 yaşlı qolkiperin "Neftçi" ilə 1:1 heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXIV tur oyununda azarkeşlərə tərəf kənar əşya atması səbəb olub.

"Köhlən atlar" bunun üçün 2400 manat məbləğində cərimələnib. Gürcüstanlı oyunçuya şərti cəzaya görə üç ay sınaq müddəti təyin edilib.

Komitə hər iki kluba 4 min manat cərimə kəsib. Buna səbəb fanatların matçda təhqiramiz ifadələr işlətməsidir.

"Neftçi" tərəfdarların pirotexnikadan istifadəsinə görə 800, azarkeşlərin meydana kənar əşyalar atması ucbatından 1600 manat məbləğində ziyana düşüb.

Paytaxt klubunun fanatlarının oturacaqları sındırması və süni örtüyə ziyan vurmasına görə dəymiş ziyan “Neftçi” tərəfindən ödəniləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam