Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

AFFA "Neftçi" və "İnter"in xahişini nəzərə almadı

 

AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib.

 

"Xeberinfo.com":  Məlumata görə, iclasda “Neftçi” PFK (Elnur Allahverdiyevin cəzasının yüngülləşdirilməsi), “İnter” PİK (Kaxaber Tsxadadzenin cəzasının ləğv olunması), “Araz-Naxçıvan” Futzal klubu (Rəcəb Fərəczadənin cəzasının yüngülləşdirilməsi) və “Fənər” Futzal Klubu (Dmitri Komenko və Yevgeni Valenkonun cəzalarının yüngülləşdirilməsi) tərəfindən daxil olmuş müraciətlərə baxılıb.

Müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

1. “Neftçi” PFK-nın futbolçusu barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar qüvvəsində saxlanılsın.

2. “İnter” PİK-in baş məşqçisi Kaxaber Tsxadadze barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar qüvvəsində saxlanılsın.

3. “Araz-Naxçıvan” futzal komandasının futbolçusu Rəcəb Fərəczadə barədə barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar qismən dəyişdirilsin. Rəcəb Fərəczadə intizam tədbiri olaraq 2 oyunluq kənarlaşdırılsın, digər 2 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti təyin olunmaqla azad olunsun. 6 aylıq sınaq müddəti ərzində Rəcəb Fərəczadə analoji hərəkətlərə yol verəcəyi təqdirdə ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.

4. “Fənər” futzal komandasının futbolçusu Yevgeni Valenko barədə barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar qismən dəyişdirilsin. Yevgeni Valenko intizam tədbiri olaraq 2 oyunluq kənarlaşdırılsın, digər 1 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti təyin olunmaqla azad olunsun. 6 aylıq sınaq müddəti ərzində Yevgeni Valenko analoji hərəkətlərə yol verəcəyi təqdirdə ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.

5. “Fənər” futzal komandasının futbolçusu Dmitri Komenko barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar qismən dəyişdirilsin. Futbolçu Dmitri Komenko intizam tədbiri olaraq 2 oyunluq kənarlaşdırılsın, digər 2 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti təyin olunmaqla azad olunsun. 6 aylıq sınaq müddəti ərzində Dmitri Komenko analoji hərəkətlərə yol verəcəyi təqdirdə ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam