Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Bu tarixi bina sökülür? -FOTOLAR

Bakıdakı tarixi bina sökülür?

Bakı şəhəri, Yasamal rayonu, Zivər bəy Əhmədbəyov küçəsi, 52 (24) ünvanında XIX-cu əsrin sonlarına məxsus tarixi məhəllədə yerləşən yaşayış binasının sökülməsi barədə məlumat yayılıb. 

Yenixeber.org: Bu barədə sosial şəbəkədə yazanlar bildirir ki, sökülən yaşayış evi 1890-cı illərin sonu - 1900-cu illərin əvvəllərinə aiddir. Binanın müəllifi memar Mirzə Qafar İsmayılovdır.

Qeyd olunur ki, düz bir il əvvəl Azərbaycan Memarlar İttifaqı memarlıq abidələrinin reyestrinə daxil edilməsi tövsiyə olunan binaların siyahısını tərtib edib və bu barədə aidiyyəti dövlət qurumları məlumatlandırılıb. Bu siyahıda 300-dən çox bina yer alır, o cümlədən Zivər bəy Əhmədbəyov, 52 küçəsində yerləşən sözügedən yaşayış binası.

Mədəniyyət Nazirliyi sözügedən paylaşımlara reaksiya verib. Nazirlikdən bildirilib ki, məsələ diqqətdə saxlanılır: “Yaxın müddətdə ətraflı məlumat veriləcək”.

Həmçinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu ünvanladıq. Qurumlardan məsələ ilə bağlı tezliklə ətraflı açıqlama veriləcəyi bildirildi. 




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam