“Qarabağ” bu dəfə də bacarmadı. Ardıcıl ikinci mövsüm Konfrans Liqasında pley-off oynayan Qurban Qurbanovun komandası “Gent” səddini aşa bilmədi.
Yenixeber.org: Bakıdakı qələbədən sonra azarkeşlər ümidlənmişdilər. Komanda ən yaxşı futbolunu oynamasa da, aydındır ki, “Qarabağ”, adətən, oyunlar keçirdikcə formaya düşür. “Gent”lə cavab matçına qədər “atlılar”ın performansının bir qədər də yaxşılaşacağı ehtimal edilirdi.
Alınmadı. Marko Yankoviçin zədəli olması ötən gecə “Gelamko”da çox hiss olundu. Onu Riçard Almeyda əvəzləmişdi ki, milliləşdirilmiş braziliyalı komandanın ən zəiflərindən biri idi. Məhz orta xətdəki problem, “Qarabağ”ın mərkəzinin rəqibinə uduzması yekun hesabın belçikalıların xeyrinə olması ilə nəticələndi.
Əgər matç penaltilər seriyasına getdisə, buna da sevinmək lazımdır. Əslində, bu cür oyunla “Gent” əsas vaxtda, ən pisi - əlavə yarım saatda cütün taleyini həll etməliydi.
“Qarabağ” matçın ilk dəqiqələrində hücuma atılsa da, ümumən hesabı qorumaq taktikasını seçmişdi. Qara Qarayev xəstələnməsə və Riçardın yerinə meydana çıxsaydı, bu, taktiki seçim üçün daha uğurlu variant olardı. Qarayev meydanda “qara işi” daha yaxşı icra edir, ikili mübarizələrdə ona qalib gəlmək çətindir, lazım gəldikdə tempi aşağı salmaqda ustadır və s. Romao-Qara tandemi rəqibin yaradıcı orta xəttinin bu qədər rahat olmasına imkan verməzdi.
Məğlubiyyəti təkcə bu məqamın üzərinə yıxmaq olmaz. Qışdan öncəki “Qarabağ”, güman ki, bu “Gent”i rahat keçərdi. Ancaq Kadi, Ovusu kimi əsas heyət oyunçularının gedişi, Şahruddin Məhəmmədəliyevin zədələnməsi və onların yerinin doldurulmaması həlledici rol oynadı. İtkilər “Qarabağ”ı zəiflətdi və görünən odur ki, yeni gələnlər komandanın “yara”larına məlhəm olmayıblar.
“Gent”lə Bakıdakı qarşılaşmanın ikinci yarısında meydana çıxan Adama Diakabi və Redon Cicanın oyunu ümid vermişdi. Səfərdə nə onlar, nə də Yassin Benzia effektiv ola bildilər. Fərdi oyuna üstünlük verən yeni transferlərin komandanın üslubuna alışmadığı hiss olunur. Xüsusilə Yassin Benzia tamamilə yad görünür. Söhbət təkcə onun penalti zərbəsini uğursuz yerinə yetirməsindən getmir, oyun ərzində də Benzia təkbətək mübarizələrin əksəriyyətini uduzur, ötürmələri xətalıdır, topu lazımsız çox saxlayır və s.
Bu gedişat gözlənilən idi. Diakabi və Benzia “Qarabağ”a gələnə qədər uzun müddət futbol oynamamışdılar. Onlar yaxın gələcəkdə sistemə uyğunlaşa, komandanı gücləndirə bilərlər, amma belə tezliklə gedənlərin boşluğunu dolduracaqları inandırıcı deyildi.
“Qarabağ” bu ssenarini artıq neçənci dəfədir, yaşayır. “Atlılar” dəfələrlə həlledici məqamlarda tarixi fürsəti əldən veriblər. Təkcə bu mövsüm baş verənlərə nəzər salmaq kifayətdir. Çempionlar Liqasının pley-offunda münasib rəqib hesab edilən “Viktoriya”nın (Plzen, Çexiya) keçilməməsi, Avropa Liqasının qrup mərhələsində sona iki tur qalmış, yaxşı fürsət olsa da, yekunda uğursuzluq elə də uzaq keçmiş deyil. Belə nümunələr çoxdur və “Gent” “qəzası” da onlardan birinə çevrildi.
“Qarabağ” stabil olaraq avrokubokların qrup mərhələlərində onayır və əlbəttə, bu Azərbaycan futbolu üçün çox ciddi göstəricidir. Ancaq əgər klub böyümək istəyirsə, belə həlledici məqamlarda daha çoxunu bacarmalıdır.