Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Elnur Məmmədov:"Ermənistanın Laçın yolundakı aksiya ilə bağlı vəsatəti ləğv edilib"

 

"Ermənistan əsas 3 məsələyə baxılması üçün Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etmişdi. Bunlardan biri dekabrın 12-də Laçın yolunda ekofəalların, vətəndaş cəmiyyəti nümayəndələrinin keçirdiyi dinc aksiya ilə bağlı idi".

Yenixeber.org: Bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işləri üzrə Beynəlxalq Ədalət Məhkəməsinin qərarına dair keçirdiyi brifinqdə bildirib.

“İddia ondan ibarət idi ki, bu aksiya saxtadır və iştirakçılar guya Azərbaycan hökuməti tərəfindən öyrədilmiş şəxslərdir. Bununla bağlı Ermənistan məhkəməyə müraciət edərək aksiyanın süni şəkildə təşkil olunmasının təsdiqini tapmaq istəyirdi. Eyni zamanda, biz tərəfdən həmin aksiyaların həqiqətən ekofəallar tərəfindən keçirildiyi, ekofəalların adları və foto-video sübutlar məhkəməyə təqdim edilib. Dünən açıqlanan qərarda məhkəmə Ermənistanın vəsatətini və aksiyanın Azərbaycan hökuməti tərəfindən təşkil olunması ilə bağlı fərziyyəni ləğv edib”, - deyə nazir müavini diqqətə çatdırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam