"Lufthansa" İrana uçuşları dayandırıb
Almaniyanın "Lufthansa" aviaşirkəti İrana uçuşları dayandırıb.
Yenixeber.org: Almaniya hava yolları şirkəti İranın İsfahan şəhəri yaxınlığında yerləşən silah-sursat fabrikinə dron hücumundan sonra təhlükəsizliklə əlaqədar bu qərarı verib.
“Milli və beynəlxalq tərəfdaşlarla birlikdə "Lufthansa Group Security" Tehran hava limanı və bütün İran hava məkanı üçün gəliş-gedişlər üçün təhlükəsizlik vəziyyətini qiymətləndirməyə davam edir”, - aviaşirkət yaydığı məlumatda bildirib.
Qeyd edək ki, Avstriya və İsveçrə aviaşirkətləri də yanvarın 29-dan Tehrana uçuşları ləğv edib.