Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Vaxtanq Kikabidze dəfn olunub

 

Gürcüstanın Xalq artisti, tanınmış aktyor və müğənni Vaxtanq Kikabidze dəfn olunub.

Yenixeber.org: Mərhum paytaxt Tbilisidəki Veriy qəbiristanlığında ailə üzvlərinin məzarı yanında torpağa tapşırıb.

Qeyd edək ki, Vaxtanq Kikabidze 1938-ci ilin 19 iyulunda Tbilisi şəhərində anadan olub. 1961-ci ildə Tbilisi Xarici Dillər İnstitutuna daxil olub və paralel olaraq aktyorluq və müğənnilik karyerasını davam etdirib.

1959-cu ildə Tbilisi filarmoniyasına işə düzəlir, solist kimi qastrollara gedir. Dostları ilə birlikdə əvvəlcə “Velo”, sonra isə “Orero” qrupunu yaradaraq gürcü, rus, italyan və ingilis dillərində mahnılarla konsertlər verir. Onun kinodakı ilk debütü 1966-cı ildə "Dağlarda görüş" filmindən başlayır.

Aktyor bir sıra kinolarda çəkilsə də, ona əsl şöhrəti 1977-ci ildə Georgi Daneliyanın "Mimino" filmindəki baş rolu gətirib. Bu filmə görə o, SSRİ Dövlət Mükafatına layiq görülüb.

Vaxtanq Kikabidze həmçinin populyar estrada müğənnisi kimi də şöhrət tapıb.

2018-ci ilin yanvarında Qəbələ XII Beynəlxalq "Veselo" Yumor və Musiqi Festivalı çərçivəsində Vaxtanq Kikabidzenin solo konserti keçirilib.

Gürcüstan SSR xalq artisti (1980), Ukraynanın əməkdar artisti (2013), SSRİ Dövlət mükafatı (1978) və Gürcüstan Dövlət mükafatı laureatı (2013) olan sənətçi 2020-ci ildən 7-ci çağırış Gürcüstan parlamentinin fəal deputatı olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam