Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

"Putin yeni səfərbərliyə hazırlaşır, 500 min insan cəbhəyə göndəriləcək" -“The Times”

"Putin yeni səfərbərliyə hazırlaşır,    500 min insan cəbhəyə göndəriləcək" -    KİV
Rusiya prezidenti Vladimir Putin yeni səfərbərlik dalğası elan etməyə hazırlaşır. Bu müddət ərzində 500 minə qədər insanın cəbhəyə göndərilməsi nəzərdə tutulur.
Yenixeber.org: Bu barədə “The Times” Qərb kəşfiyyatının məlumatlarına əsasən xəbər yayıb.
Nəşrin yazdığına görə, qərar bir neçə həftə ərzində qəbul ediləcək və bu, aprel ayına qədər yarım milyona qədər insanı Ukraynadakı xüsusi əməliyyat zonasına göndərməyə imkan verəcək
Mənbə bildirib ki, niyyət baharda qarın əriməsindən sonra qurumuş yollar boyunca yeni genişmiqyaslı hücumun təşkil edilməsidir.
"Rusiyanın regional hərbi komissarlıqlarında ciddi hazırlıq gedir, Kreml qapalı sorğu keçirib. Rusiya vətəndaşları hərbi əməliyyatlardan narahatdırlar, lakin onlar da məğlubiyyətə dözmək istəmirlər", - nəşr adı açıqlanmayan məmurdan sitat gətirib.
Qeyd edək ki, Rusiya hakimiyyət orqanlarının nümayəndələri qismən səfərbərliyin ikinci dalğasını elan etmək niyyətlərini dəfələrlə rəsmən təkzib ediblər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam