Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

İsveç parlamentinin sədrinin Türkiyəyə səfəri ləğv olundu -SƏBƏB

İsveç parlamentində Türkiyə ilə dostluq qrupu yaradılacaq
Türkiyə parlamentinin sədri Mustafa Şentop isveçli həmkarı Andreas Norlenin cümə axşamı günü səfərini ləğv edib. Bu barədə TRT telekanalı məlumat yayıb.
Yenixeber.org: Bu qərar Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasına (PKK) dəstək məqsədilə yanvarın 11-də Stokholmda keçirilən mitinqlə bağlı qəbul edilib. Norlenin səfəri yanvarın 17-də baş tutmalı idi.
"İsveçin demokratiya üçün açıq təhlükə olan bu dəhşətli terror aktına icazə verməsi və buna göz yumması qəbuledilməzdir. NATO-ya üzv olmağa can atan bir dövlətdə belə bir hücumun asanlıqla baş verməsi təhlükəli və çox ciddidir", - Şentop "Twitter"də yazıb.
Stokholmda ən azı bir neçə yüz nəfərin iştirak etdiyi PKK-ya dəstək aksiyası keçirilib.
Yürüş iştirakçıları PKK-nın simvollarını, lideri Abdullah Öcalanın portretlərini nümayiş etdiriblər.
Bundan əlavə, Ankaranın məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təsviri olan kuklaya qarşı təhqiramiz hərəkətlər edilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam