Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

Bakı, Sumqayıt və Abşeron üzrə bu ilin ilk ayının pensiyalarının ödənişinə başlanıb

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə yanvar ayının pensiyalarının ödənilməsinə başlanılıb və proses sabah tam yekunlaşacaq.

Yenixeber.org: Yaxın günlərdə respublikamızın digər bölgələri üzrə də pensiyalar, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.

Ümumi əsaslarla pensiya təyin olunmuş pensiyaçılara ötən il üzrə verilən maddi yardımın (200 manat) hər aya düşən məbləği (16,66 manat) də bu ilin əvvəlindən onların pensiyalarına daxil edilib və yanvar ayının pensiyaları həmin artımlarla birgə ödənilir.

Eyni zamanda, xüsusi şərtlərlə pensiya təyin olunmuş, qulluq stajına görə əlavələr alan pensiyaçılara (pensiyada olan hərbi və xüsusi rütbəli şəxslər, dövlət qulluqçuları və s.) ötən il hər ay pensiyalarının 10 faizi qədər ödənilmiş maddi yardım da artıq bu ayın əvvəlindən onların pensiyası tərkibinə daxil edilib.

Prezident İlham Əliyevin 5 yanvar 2023-cü il tarixli Sərəncamına əsasən, minimum aylıq pensiyanın da 280 manata çatdırılması nəzərdə tutulur və Sərəncamla Nazirlər Kabinetinə bu barədə təkliflərini 10 gün müddətində dövlət başçısına təqdim etmək tapşırılıb.

Həmçinin bütün növ pensiyalar orta aylıq nominal əməkhaqqının ötən il üzrə artımına dair rəsmi statistik göstərici əsasında bu ilin əvvəlindən indeksləşdirilərək artırılacaq. Həmin artım tətbiq edildikdə bu barədə ətraflı məlumat veriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam