Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Tokio Olimpiadasında Azərbaycana bürünc medal qazandırmış boksçu Paris-2024-də çəkisini dəyişəcək

 

Azərbaycan millisinin boksçusu Alfonso Dominges Paris-2024 Yay Olimpiya Oyunlarında çəkisini dəyişəcək.

Yenixeber.org: Bu barədə Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı özü məlumat yayıb.

Son olaraq ötən ilin noyabrında Polşada keçirilən beynəlxalq turnirdə 86 kq çəki dərəcəsində mübarizə aparan Kuba əsilli 28 yaşlı boksçu 2024-cü ildəki olimpiadada 91 kq-da qüvvəsini sınamağı planlaşdırır.

O, bunun üçün ilk növbədə Paris-2024-ə lisenziya qazanmağa çalışacağını söyləyib: “Yenidən olimpiadaya qatılmaq üçün bu il keçiriləcək dünya çempionatında və Avropa Oyunlarında uğurlu çıxış etməyə çalışacağıq”.

Qeyd edək ki, Alfonso Dominges 2021-ci ildə Tokioda təşkil olunan olimpiadada 81 kq çəkidə yarışıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam