Redaktor seçimi
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Günün xəbəri

Pelenin indiyədək qırılmayan 10 rekordu açıqlanıb

 

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) ötən gün dünyasını dəyişmiş braziliyalı əfsanəvi oyunçu Peleyə məxsus rekordları dərc edib.

Yenixeber.org: Siyahıda 10 xüsusi nailiyyət yer alıb.

1. Pele hələ də üç dəfə dünya çempionu olan yeganə oyunçudur. Bunun yaxın gələcəkdə təkrarlanması və ya qırılması çətindir. Braziliya yığması onun dövründə dominant futbol ölkəsi idi. İndi isə mundiallarda rəqabət daha güclüdür.

2. Keçmiş hücumçu dünya çempionatlarında ən gənc yaşda qol vuran futbollçudur - 17 yaş 239 gün. İndiyədək heç kim 18 yaşınadək turnirlərdə fərqlənə bilməyib.

3. Mundiallarda het-trik edən ən gənc oyunçu rekordu da məhz ona (17 yaş 244 gün) məxsusdur.

4. Mərhum braziliyalı forvard dünya çempionatlarının final matçında ən gənc yaşda (17 yaş 249 gün) qol vuran futbolçudur.

5. Turnirlərin iki final qarşılaşmasında fərqlənən Pele bu nominasiyada Vava, Paul Braytner, Zinəddin Zidan və Kilian Mbappe ilə birlikdə liderdir.

6. Qitələrarası Kubokda bütün zamanların bombardiri də Peledir - 9 qol. Bu yarışın mövcudluğu dayandırıldığı üçün sabiq hücumçu rekordçu olaraq qalacaq.

7. Braziliyalı keçmiş forvard top liqalar arasında bir çempionatda ən çox fərqlənən oyunçudur - 604 qol. Aktiv futbolçular arasında portuqaliyalı Kriştianu Ronaldu (498) ondan əhəmiyyətli dərəcədə geri qalır.

8. O, yüksək səviyyəli daxili çempionatlarda 659 qola imza atıb. Bu kateqoriyada 558 qolla ikinci olan Lionel Messidən öndədir.

9. Pele "Campeonato Paulista"da bütün zamanların bombardidir - 466 qol. Müasir futbolda heç kimi 200 qola belə çatmayıb.

10. Əfsavəni hücumçu (77 qol) Braziliya millisinin bombardiridir. Neymar Qətərdə keçirilmiş dünya çempionatında onun rerkordunu təkrarlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam