Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

AMEA orfoefiya normalarında bəzi sözlərin düzgün tələffüz qaydasını müəyyənləşdirib

 

AMEA orfoefiya normalarında bəzi sözlərin düzgün tələffüz qaydasını müəyyənləşdirib.

Yenixeber.org: Bu barədə AMEA Nəsimi adına Dilçilik İnstitutundan məlumat yayılıb.

Belə ki, institutda “Azərbaycan dilinin yeni orfoepiya normaları”nın mübahisəli bəndləri ilə bağlı yekun müzakirələr aparılıb.

Müzakirələrdə qeyd edilib ki, orfoepiya normalarının tənzimlənməsi laboratoriyada cihazlar vasitəsilə aparılır və burada mütəmadi olaraq sözlərin necə tələffüz olunduğu yoxlanılır.

Bildirilib ki,“Azərbaycan dilinin Orfoepiya normaları”nın 2.7-ci bəndində tərkibində “ov, öv” hərf birləşmələri olan sözlərdə səs düşümü hadisəsi baş vermir, fonetik prinsipə uyğun olaraq sözlər yazıldığı kimi tələffüz olunduğu qeyd edilib: cövhər [cövhər], çovğun [çovğun]. Müzakirə nəticəsində 2.7 bəndindəki yeniliklər qəbul olunub.

İclasda normaların 2.5.3-cü bəndində “ae, ea, eə, əa, eo, üa, üə, au, ua, ue, uə” yanaşı saitlərinin işləndiyi sözlər yazıldığı kimi və uzanma hadisəsi baş vermədən tələffüz olunma məsələsi də müzakirəyə çıxarılıb. Müzakirələr əsasında “ae” sait birləşməsinin yazıldığı kimi tələffüz olunması qəbul edilməyib. “Ae” sait birləşməsinin “ay” kimi tələffüz variantı təklif olunub: aerodrom [ayrodrom], aeroport [ayroport].


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam