Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Səfir Peter Mixalko:"Avropa İttifaqı ilə Azərbaycan arasında daim güclü tərəfdaşlıq əlaqələri var"

 

"Avropa İttifaqı ilə Azərbaycan arasında daim güclü tərəfdaşlıq əlaqələri var".

Yenixeber.org: Bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko "Azərbaycanda hidrometeorologiya və iqlim sahəsində xidmətlərin gücləndirilməsi" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

Aİ nümayəndəsi bildirib ki, bu tvinninq layihəsi də həmin əlaqələrin daha bir nümunəsidir:

"Hidrometeorologiya və iqlim sahəsindəki xidmətlər vətəndaşların gündəlik həyatı və iqtisadiyyatın ehtiyacları ilə bağlı mühüm alətlərdir və eyni zamanda, Aİ siyasətinin prioritetləri və onun xarici fəaliyyəti üçün böyük əhəmiyyət kəsb edan iqlim dəyişikliyi ilə mübarizə məsələsində əsas rol oynayır. 2019-cu ilin dekabr ayında qurum liderləri 2050-ci ilə qədər Avropa İttifaqında iqlim neytrallığına nail olmaq barədə razılığa gəliblər. Bu o deməkdir ki, bu tarixə qədər istixana qazı emissiyalarımızı kəskin şəkildə azaldacağıq və xalis sıfır emissiya balansına nail olmaq üçün qaçınılmaz emissiyaları kompensasiya etməyin yollarını tapacağıq".

"Biz iqlim neytrallığına keçidi həm də iqtisadi artım, iş yerləri və texnoloji inkişaf baxımından bir fürsət kimi görürük. Biz yalnız tərəfdaşlarımızla birlikdə iqlim dəyişikliyinin öhdəsindən gələ bilərik. Mən Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ətraf mühit va iqlim dəyişikliyinin qarşısının alınması sahəsində Avropa İttifaqının əsas tərəfdaşı olduğuna görə təşəkkür etmək istəyirəm" - Peter Mixalko əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam