Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Ombudsman Ermənistanın mina terroru ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib

 

Ombudsman Ermənistanın mina terroru ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib.

Yenixeber.org:  Bu barədə Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, Azərbaycanın işğaldan azad olunmuş Laçın rayonunda piyada əleyhinə minanın partlaması daha iki vətəndaşımızın mina terrorunun qurbanına çevrilməsi ilə nəticələnmişdir. Təəssüf ki, Laçın rayonunun Suarası kəndində təmir-tikinti işləri ilə məşğul olan Elsevər Həmidov mina partlayışı səbəbindən aldığı ağır xəsarətlərdən vəfat edib, Səbuhi Həsənov isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Bu faciəvi hadisə bir daha sübut edir ki, Ermənistanın Azərbaycanın mülki yaşayış məntəqələrində təsadüfi qaydada basdırdığı işarələnməmiş minalar insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaratmaqla onların fundamental hüquqlarının pozulmasına gətirib çıxarır.

Minalanmış ərazilərin etibarlı xəritələrinin təxirə salınmadan Azərbaycan tərəfinə verilməsinin həyati önəm daşıdığını dəfələrlə vurğulamağımıza baxmayaraq, cəzasızlıqdan ruhlanan Ermənistan hərbi-siyasi rəhbərliyi bu məsələdə də etinasızlıq göstərərək, beynəlxalq hüquqa saymazyana münasibətini davam etdirir.

Belə ki, bu günlərdə Ombudsmanların və Milli İnsan Hüquqları Təsisatlarının Bakı Beynəlxalq Konfransında Azərbaycan Ombudsmanının da qeyd etdiyi kimi, Ermənistan tərəfindən hələ də diversiya qrupları vasitəsilə minalama işləri aparılmasına cəhdlər edilir. Həmçinin ANAMA tərəfindən həmin konfransda verilən məlumata əsasən, Ermənistanın təqdim etdiyi mina formulyarlarının səmərəliliyi cəmi 2 faiz olub.

Bir daha dünya ictimaiyyətinə müraciət edərək, Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn normalarına zidd olaraq Azərbaycan ərazilərində işarələnmədən basdırılmış minaların insanların həlak olmasına, sağlamlığını itirməsinə və ya əlilliyinə səbəb olduğunu, regionda ədalətli sülhün və təhlükəsizliyin təmininə ciddi təhdid yaratdığını diqqətə çatdırır və torpaqların minalarla çirkləndirilməsinin qarşısının qəti şəkildə alınmasına, dəqiqliyinə zəmanət verilən mina xəritələrinin ölkəmizə təqdim olunmasına dəstək verməyə çağırırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam