Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Qazinyan sərsəmlədi:"Azərbaycanın partlamasına hazır olmalıyıq"

Qazinyan sərsəmlədi:    "Azərbaycanın partlamasına hazır olmalıyıq"  
Ermənistan parlamentinin keçmiş deputatı, siyasətçi Artur Qazinyan sərsəm fikirlər və proqnozlar səsləndirib. 
Yenixeber.org: O, "Mamul" saytına verdiyi açıqlamada erməni xalqını hər an revanşa hazır olmağa çağırıb.
İrəvanda populyar siyasətçilərdən sayılan Qazinyan iddia edib ki, guya nə vaxtsa Azərbaycan da Ermənistan kimi zəifləyəcək və o zaman ermənilər hücum edərək yenidən Azərbaycanın əzəli və tarixi torpaqlarını işağl edə biləcəklər.

- Həyatın bir formulu var. Əgər müharibə yoxdursa, deməli sülh də yoxdur. Azərbaycan 1994-cü ildə sülh imzalamadı və 26 ildən sonra Ermənistandakı vəziyyətdən istifadə edərək uğurlu revanşa nail ola bildi. Ermənistan da buna can atmalıdır.

Yeni staus-kvo üçün isə yeni danışıqlar aparan lazımdır. Hansı ki, onunla regional mərkəzlər və qlobal oyunçular razılaşa biləcəklər, - Qazinyan deyib.

O anormal şəkildə iddia edib ki, guya gec-tez 2018-ci ildə Ermənistanda Qərbin əliylə baş verən inqilabi hadisələr Azərbaycanda reallaşdırılacaq.

- Bu hadisələr Azərbaycanı partladacaq və biz buna hazır olmalıyıq. Düşməni cəzalandırmağa, bizə verilmiş ağrı, iztirab və zillətin qisasını almağa hazır olun. Hər bir erməni bu istəklə, məqsədlə yaşamalı, yumruğunu sıxmalıdır ki, lazım olan anda cavab zərbəsi endirsin, itirdiklərini geri qaytarsın. Sülh müqaviləsi imzalanmamalıdır və bunun üçün Nikol Paşinyan Ermənistana bundan sonra da yaşamaq, güclənmək və lazımi anda qalib gəlmək imkanı verərək kürsüdən getməlidir, - erməni siyasətçi siyasi nağıllar danışıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam